USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukraynanın Rusiya və Belarusa qarşı 50 illik sanksiya qərarı

23.11.2023 Siyasət
0 0
Ukrayna Parlamenti (Rada) Rusiya və Belarusun müdafiə sənayesinə qarşı 50 illik sanksiya qərarını təsdiqləyib. ​

Ukraynalı deputat Yarislav Jeleznyakın sosial şəbəkədəki paylaşımına görə, prezident Vladimir Zelenskinin Radaya təqdim etdiyi qanun layihəsi Baş Assambleyada müzakirə edilib.

İclasda iştirak edən 304 deputatın dəstəklədiyi qanun layihəsi ilə Rusiya və Belarusla müdafiə sahəsində hər cür əməkdaşlıq, ortaq layihə və proqramlar qadağan edilib, hərbi təyinatlı və ikili təyinatlı məhsulların idxalı dayandırılıb.

Müdafiə sahəsində çalışan Rusiya və Belarus şirkətlərinə hər hansı texnologiya və məlumat ötürülməsinə icazə verilməyəcək.

Ukrayna Parlamenti daha əvvəl Rusiyaya müxtəlif silah növləri ilə yanaşı, pilotsuz uçuş aparatları verdiyini əsas gətirərək, İrana qarşı 50 il müddətinə müxtəlif sahələrdə sanksiyalar tətbiq edilməsi qərarını təsdiq etmişdi.