USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Suriyada iki böyük hava limanı İsrail raketləri ilə hədəfə alınıb

27.11.2023 Siyasət
0 0
Dəməşq administrasiyası İsrailin iki əsas beynəlxalq hava limanını raketlərlə vurduğunu və onları sıradan çıxardığını açıqlayıb. Qolan təpələri üzərində vurulan Dəməşq və Hələb hava limanlarında uçuş-enmə zolaqlarının zədələndiyi və uçuşların Suriyanın şimal-qərbindəki Latakiya şəhərinə istiqamətlənəcəyi açıqlanıb. ​

Suriyanın rəsmi xəbər agentliyi SANA hərbi mənbələrə əsaslanaraq İsrail qüvvələrinin ölkənin iki əsas beynəlxalq hava limanını raketlərlə vuraraq sıradan çıxardığını bildirib.

Dövlət mediası həm Dəməşq, həm də Hələb hava limanlarında uçuş-enmə zolaqlarının zədələndiyini və uçuşların Suriyanın şimal-qərbindəki Latakiya şəhərinə yönləndiriləcəyini açıqlayıb.

Xəbərdə, "Qolan təpələri üzərindən bəzi hərbi məntəqələr və Dəməşq hava limanı hədəfə alındı. Hava hücumundan müdafiə sistemləri cavab verib və raketlərin əksəriyyətini vurub" deyilib.

İsrail hücumla bağlı heç bir açıqlama verməyib. O, bundan əvvəl də müharibənin davam etdiyi Suriyada İranla əlaqəli hədəflərə hücum edib.

Məlumdur ki, Dəməşq və onun kənd yerlərində Livan Hizbullahının ünsürləri, eləcə də Suriya ordusu və İranın dəstəklədiyi qruplaşmalar var.

İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.