İsrailin rabitə naziri Şlomo Karhi, ABŞ milyarderi İlon Maskın peyk internet sistemi Starlinkin icazəsiz Qəzza zolağına peyk interneti təmin etməyəcəyini açıqlayıb.
Rabitə naziri Karhi X sosial media platformasında məsələ ilə bağlı açıqlama verib.
Karhi açıqlamasında, "Elon Musk, Rabitə Nazirliyimizlə mühüm bir ilkin razılaşma əldə etdiyiniz üçün sizi təbrik edirəm. Nəticədə, Rabitə Nazirliyinin icazəsi olmadan Starlink peyk internet sistemi İsraildə işlədilə bilməz” dedi.
Nazir Karhi yazısında "Həmas ilə müharibə apararkən bu anlayışın həyati əhəmiyyət kəsb etdiyinə" diqqət çəkib. Mask hələlik məsələ ilə bağlı açıqlama verməyib.
İsrail oktyabrın 18-də İlon Maska məxsus SpaceX şirkəti ilə Starlink peyk internet sistemindən istifadə üçün danışıqlara başladığını açıqladı.