USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada geri addım: “Limitsiz Şengen”ə vida

28.11.2023 Siyasət
0 0
Normalda sərbəst hərəkət zonası olan 27 üzvlü Şengen Bölgəsində sərhəd nəzarəti “müvəqqəti olaraq” bərpa edilib. Sərhəd nəzarəti 27 ölkədən 11-də başlayıb və ya artırılıb. ​

Dünyada “azadlıqların güzəşti” dalğası yüksəlməkdə davam edir. Müharibələrin sürətləndirdiyi, Yaxın Şərqdən və Ukraynadan gələn immiqrant axınından panikaya düşən bir çox Şengen üzvü ölkələr gömrük nəzarətini yenidən başlatmağa qərar verib.

Xorvatiya 2023-cü il yanvarın 1-də sərhədsiz Şengen sisteminə qoşulan sonuncu ölkə oldu. Əvvəllər AB üzvü olan, lakin Şengen üzvü olmayan bir ölkədən quru yolu ilə qonşu Sloveniya və ya Avstriyaya getmək istəyənlər, xüsusən turist axını başlayanda bəzən giriş-çıxışda saatlarla pasport növbələrində gözləməli olurlar.

Sonra 2022-ci il dekabrın 31-nə keçən gecə bütün gömrük qapıları çıxarılaraq azad Avropaya daxil oldu. Amma “məhdud ömür” sevinci bir il də çəkmədi. Balkan marşrutundan istifadə edərək Aİ ölkələrinə qeyri-qanuni girişlər artdıqca, Almaniyadan tutmuş Avstriya və İtaliyaya qədər ən çox immiqrant axını qəbul edən ölkələr qonşuları ilə sərhədlərinə daha sərt nəzarət etmək qərarına gəliblər.

İtaliya şimal-şərq qonşusu Sloveniyada, şərq qonşusu Xorvatiyada yenidən gömrük yoxlamasına başlayıb. Çünki Xorvatiyanın şərq qonşuları Bosniya və Herseqovina və Serbiya AB-yə Balkan marşrutu üzrə ən məşhur “sürtgü” ölkələri hesab edilir. Xorvatiya Şengenin ən böyük və problemli sərhədlərindən birinə nəzarət etməlidir.