USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail İspaniyadakı səfirini geri çağırıb

30.11.2023 Siyasət
0 0
İsrailin xarici işlər naziri Eli Koen İspaniyanın baş naziri Pedro Sançesin “İsrail Fələstin torpaqlarını sistemli şəkildə işğal edir” açıqlamalarından sonra ölkəsinin səfirini Madriddən geri çağırmaq qərarına gəldiyini açıqlayıb.

X sosial media platformasında verdiyi açıqlamada nazir Koen İspaniyanın baş naziri Sançesi günahlandırıb.

Ölkəsinin “beynəlxalq hüquqa uyğun hərəkət etdiyini” iddia edən Koen İsrailin Madriddəki səfirini məsləhətləşmələr üçün geri çağırmağa qərar verdiyini açıqlayıb.

Koen qeyd edib ki, onlar “Həmas məhv edilənə və bütün israilli məhbuslar azad edilənə qədər” Qəzzaya hücumları davam etdirəcəklər.

Netanyahu İspaniya səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasını əmr edir

Digər tərəfdən, İsrailin baş naziri Benyamin Netanyahu İspaniyanın Təl-Əvivdəki səfirinin Sançesin sözlərinə görə Qərbi Qüdsdəki Xarici İşlər Nazirliyinə çağırılmasını əmr edib.

Baş nazirliyin mətbuat xidmətindən verilən açıqlamada, Netanyahunun Sançesin açıqlamalarına reaksiya olaraq İspaniya səfirinin Nazirliyə çağırılmasını tələb etdiyi bildirilib.

İsrailin Qəzza zolağına hücumlarına toxunan Sançez, "Baxdığımız görüntülər, xüsusilə də qız və oğlanların ölümləri, açıq şəkildə İsrailin beynəlxalq insan haqlarını yerinə yetirməsinə dair şübhələrimi artırır" dedi.