USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İspaniyanın baş naziri: "İsrail sistematik olaraq Fələstin torpaqlarını işğal edir"

01.12.2023 Siyasət
0 0
İspaniyanın baş naziri Pedro Sançez İsrailin sistematik olaraq Fələstin torpaqlarını işğal etdiyini ifadə edərək, "Bu zorakılıq spiralının sona çatmasından sonra İsrailin Qəzzada edəcəkləri qəbuledilməzdir" deyib.

Sançes RTVE dövlət televiziyasına verdiyi açıqlamada İspaniya hökuməti olaraq HƏMAS-ın 7 oktyabr hücumlarını ilk andan pislədiklərini və rədd etdiklərini vurğulayaraq, "Həmasın girovları qeyd-şərtsiz və dərhal azad etməli olduğunu həmişə demişik. Lakin eyni şəkildə biz də deməliyik ki, o, öz hərəkətlərini insan haqları təməlləri üzərində qurmalıdır" dedi.

İsrailin Qəzza zolağına hücumlarına toxunan Sançez, "Baxdığımız görüntülər, xüsusilə də qız və oğlanların ölümləri, İsrailin beynəlxalq insan haqlarını yerinə yetirməsi ilə bağlı məni açıq şəkildə şübhə altına qoyur" deyib.

İsrail ilə Fələstin arasındakı böhranın sona çatması üçün siyasi həllin məcburi olduğunu və bunun üçün Fələstin dövlətinin tanınmasını tələb etdiyini bildirən Sançez sözlərini belə davam etdirib: "Hazırda dünyanın 140-dan çox ölkəsi Fələstin dövlətini tanıyıb. Ölkələr Bunu tanımayanlar isə dırnaq içərisində Qərb adlanan ölkələrdir.

ABŞ və bəzi Aİ ölkələri. Çünki 7-8 ölkə var ki, Fələstin dövlətini Aİ-yə üzv olmadan tanıyıb. İsveç isə onu uzun müddətdir birtərəfli qaydada tanıyıb. Amma mən hesab edirəm ki, indi vəziyyət dəyişib. Çünki biz ərəb ölkələri ilə danışanda bizə deyirlər ki, bu, razılaşdırılıb. Konfransda qarşılanmayan məsələlər müzakirə ediləcək. Konkret addımlar atılmalıdır. Bu konkret addım Fələstin dövlətinin Qərb və Avropa tərəfindən tanınmasıdır”.