USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BMT-nin İqlim Sammitində Fələstinə dəstək nümayişi

04.12.2023 Siyasət
0 0
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransında fəallar İsrailin hücumlarında həyatını itirənlərin adlarını oxuyaraq Fələstinə dəstək nümayiş etdirib və dərhal atəşkəsə çağırıblar.

Bu il Birləşmiş Ərəb Əmirliklərinin sədrliyi ilə keçirilən COP28-in dördüncü günündə fəallar Ekspo Siti Dubay konfrans məkanında BMT-nin nəzarəti altında olan və iqlim danışıqlarının aparıldığı Mavi Zonada İsrail pavilyonunun yaxınlığında toplaşıblar.

Fələstinə dəstək simvoluna çevrilən “qarpız bayraqları” ilə nümayişə qatılan fəallar İsrailin hücumlarında həyatını itirənlərin adlarını oxuyaraq Fələstinə dəstək veriblər.

Dərhal atəşkəsə çağıran fəallar bəyan ediblər ki, dünyada ədalət təmin olunmadan iqlim dəyişikliyi ilə mübarizə ədalətli aparıla bilməz. Nümayişdə fələstinli fəallar da iştirak edib.