USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə ilə Qətər arasında ortaq bəyannamə və 12 müqavilə imzalanıb

05.12.2023 Siyasət
0 0
Prezident Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Taninin iştirakı ilə müxtəlif sahələrdə 12 əməkdaşlıq sazişi və Ali Strateji Komitənin 9-cu iclasının Birgə Bəyannaməsi imzalanıb. ​

Lüsail sarayında baş tutan görüşdən sonra prezident Ərdoğan və Qətər Əmiri Şeyx Al Taninin sədrliyi ilə Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısı keçirilib.

Görüşdən sonra Ərdoğan və Əl Taninin iştirakı ilə iki ölkə arasında müqavilələrin imzalanma mərasimi baş tutub.

“Türkiyə Respublikası ilə Qətər Dövləti arasında Ali Strateji Komitənin Doqquzuncu Toplantısı haqqında Birgə Bəyannamə”ni xarici işlər naziri Hakan Fidan və Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani imzalayıblar.

“Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi ilə Qətər Xarici İşlər Nazirliyi arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə siyasi məsləhətləşmələrin yaradılmasına dair Anlaşma Memorandumu”nu xarici işlər naziri Fidan və Qətərin xarici işlər naziri Əl Tani imzalayıblar.

“Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Qətər Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirilməsinə dair 2024-2025-ci illər üçün Üçüncü İcra Proqramı”nı xarici işlər naziri Hakan Fidan imzalayıb.