USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya: Ukraynanın 40-dan çox PUA hücumunun qarşısı alınıb

05.12.2023 Siyasət
0 0
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Krım yarımadası və Azov dənizinə 40-dan çox pilotsuz uçuş aparatı (PUA) ilə hücum cəhdinin qarşısı alındığını bildirib.

Nazirlikdən hücumlarla bağlı verilən açıqlamada, "Bu gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisinə qarşı təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb" ifadəsi işlədilib.

Bəyanatda bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Krım ərazisi və Azov dənizi üzərində Ukraynaya məxsus 22 PUA-nı məhv edib, 13 PUA-nın da ələ keçirilib.

Başqa bir açıqlamada Ukraynanın yerli vaxtla saat 06:00 radələrində Azov dənizində PUA ilə hücum cəhdinin yenidən qarşısı alındığı, Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukraynaya məxsus 4 PUA-nı məhv etdiyi, 2 PUA-nın isə qarşısını aldığı bildirilib.

Krım 2014-cü ildə qanunsuz olaraq Rusiya tərəfindən ilhaq edilib.