İsrailin baş naziri Binyamin Netanyahu Qəzzaya hücumlardan sonra orada Fələstin hakimiyyətinin olmasını istəmədiklərini bildirib.
İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, Netanyahu Qəzzaya hücumlardan sonra İsrailin planları barədə ABŞ tərəfini məlumatlandırıb.
Fələstin hakimiyyətini Qəzza administrasiyasından azad etməyi planlaşdıran Netanyahu bu həftə keçirilən toplantıda rəhbərlik etdiyi Likud Partiyasının üzvlərinə “Qəzzada müharibədən sonrakı Fələstin administrasiyasına hər hansı nəzarətə qarşı olduğunu” deyib.
Qəzzəyə edilən hücumlardan sonra orada Fələstin hakimiyyətinin olmayacağı mesajını ABŞ rəhbərliyinə çatdıran Netanyahu, "Müharibədən sonra Qəzzada yenidən Fələstin hakimiyyəti olmayacaq, əslində Fələstin hakimiyyəti ümumiyyətlə olmayacaq" ifadəsini işlədib.
ABŞ rəhbərliyi isə İsrailin hücumlarını davam etdirdiyi Qəzzanın gələcəyi və orada kimin məsul olacağı ilə bağlı qarışıq siqnallar verir.