USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin mediası Moodys-in qərarını qərəzli hesab edib

06.12.2023 Siyasət
0 0
Çin mediası Moody's-in dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə bağlı mənfi reytinq proqnozunu "qərəzli" adlandırıb, lakin bəzi analitiklər hökumətin rəsmi reaksiyasının daha ölçülü olduğunu qeyd ediblər.

Çin Moody's-in bu addımına cavab olaraq rəsmi açıqlamada yalnız "məyusluq" ifadə etdi. Xarici İşlər Nazirliyinin sözçüsü Çinin islahatları dərinləşdirmək və üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək imkanlarına malik olduğunu bildirib və “bütün dünyadan” “bütün dostları” öz iqtisadiyyatına sərmayə qoymağa dəvət edib.

Sinqapur Milli Universitetinin Li Kvan Yu adına İctimai Siyasət Məktəbinin dosenti Alfred Vu deyib ki, Çin təbliğatı hələ də yerli auditoriyaya güc nümayiş etdirmək məqsədi daşıyır, lakin hökumətin daha nüanslı tonu beynəlxalq ictimaiyyətə yönəlib.

Vu bildirib ki, bu, Çinin böyümə perspektivlərinin zəifləməsi ilə bağlı qlobal narahatlıqları nəzərə aldığını və problemlə məşğul olmaqda "etibarlı və məsuliyyətli görünmək istədiyini" ifadə edir.