USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Britaniya Rusiya hərbi-sənaye kompleksinə qarşı sanksiyaları genişləndirib

06.12.2023 Siyasət
0 0
Britaniya Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli 31 nəfərə və müəssisəyə qarşı sanksiya tətbiq edib.

Britaniya Xarici İşlər Nazirliyinin çərşənbə günü verdiyi məlumata görə, Britaniya tərəfindən tətbiq edilən yeni anti-Rusiya sanksiyalarına Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli 31 fiziki və hüquqi şəxs daxildir:

“Bu gün sanksiyalara məruz qalanlar arasında Rusiya hərbi-sənaye kompleksi: pilotsuz təyyarələrin və raket hissələrinin inkişafı və istehsalı ilə, həmçinin əsas elektron komponentlərin idxalı və tədarükü ilə əlaqəli 31 fiziki və hüquqi şəxs var".