USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Ərdoğan Yunanıstana gedir

07.12.2023 Siyasət
0 0
Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin dəvəti və Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısı münasibətilə bu gün Yunanıstana rəsmi səfər edəcək. ​

Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, Afinada prezident Ərdoğan və Yunanıstanın baş naziri Miçotakisin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək şura iclasında Türkiyə-Yunanıstan münasibətləri bütün sahələrdə nəzərdən keçiriləcək. İki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün ölçülər və imkanlar müzakirə olunacaq.

Görüşlər zamanı cari regional və qlobal hadisələr, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi infrastrukturunun gücləndirilməsinə yönəlmiş müxtəlif saziş və memorandumların imzalanması da nəzərdə tutulub.