USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Biz ABŞ-ın Rusiyadan daxili işlərində istifadə etmək vərdişindən narahatıq" - Rusiya

07.12.2023 Siyasət
0 0
Kremlin sözçüsü Dmitriy Peskov, ABŞ daxilindəki ziddiyyətlərin Avropada da özünü göstərə biləcəyini ifadə edərək, "ABŞ rəhbərliyinin Rusiyadan daxili işlərində istifadə etmək vərdişini davam etdirməsinə çox təəssüflənirik" dedi.

Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada ABŞ prezidenti Co Baydenin Ukraynaya yardımların da yer aldığı 105 milyard dollarlıq büdcə tələbinin Senatda rədd edilməsini dəyərləndirib.ABŞ rəhbərliyinin Ukraynaya dəstəyin təşviq edilməsində liderlik etdiyinə diqqət çəkib.

Peskov, "Təbii ki, "Bu cür ziddiyyətlər avropalıların əhval-ruhiyyəsində də özünü göstərə bilər" dedi.

Peskov sözlərini belə yekunlaşdırıb: "ABŞ rəhbərliyinin Rusiyadan daxili işlərində istifadə etmək vərdişini davam etdirməsindən çox təəssüflənirik. Bu halda o, Ukraynadakı müharibəyə Amerika vergi ödəyicilərinin pullarının verilməsində Senat üzvlərinə təsir etmək üçün Rusiyanı gözdən salmağa çalışır. Bu, xoşagəlməz yanaşmadır. Biz belə hesab edirik. Ümid edirəm ki, Amerika Senatının üzvləri arasında kifayət qədər aydın düşüncəli insanlar var".

ABŞ Konqresində "Ukraynaya yardım" böhranı

ABŞ Konqresində Ukraynaya yardımla bağlı sərt müzakirələr davam edərkən, Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 5-də Senat üzvlərinə verəcəyi brifinqi son anda ləğv edib və qərarın səbəbi ilə bağlı dəqiq açıqlama verməyib.