USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya və Səudiyyə Ərəbistanından OPEC+ üzvlərinə “ixtisara qoşulmağa” çağırış

07.12.2023 Siyasət
0 0
Dünyanın iki ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı və Rusiya OPEC+ iclasından bir neçə gün sonra bütün üzv ölkələri qlobal iqtisadiyyatın xeyrinə hasilatın azaldılması sazişinə qoşulmağa çağırıb.

Danışıqların nəticəsi ilə bağlı birgə bəyanat Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşmək üçün Ər-Riyada getməsindən saatlar sonra dərc edilib.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), Rusiya və digər müttəfiq ölkələr ötən həftə Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi gündəlik 1,3 milyon barrel azalmaya əlavə olaraq gündəlik 2,2 milyon barel könüllü ixtisarla bağlı razılığa gəliblər.

Kremldən açıqlama

Kremldən verilən açıqlamada, "Tərəflər enerji sahəsində aralarındakı sıx əməkdaşlığı və OPEC+ ölkələrinin qlobal neft bazarlarının sabitliyini artırmaq üçün uğurlu səylərini yüksək qiymətləndiriblər" deyilir.

“Bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi və bütün iştirakçı ölkələrin istehsalçı və istehlakçıların maraqlarına xidmət edən və qlobal iqtisadiyyatın artımını dəstəkləyəcək şəkildə OPEC+ sazişinə qoşulmasının vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.

Bəyanatın rus dilindəki variantında “iştirak et” sözü işlədildiyi halda, Kremlin nəşr etdiyi ingiliscə tərcümədə “OPEC+” sazişinə “adhere” sözü işlədilib.