USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rus hərbi ekspert: Rusiya və Türkiyə birlikdə döyüş təyyarələri istehsal edə bilər

08.12.2023 Siyasət
1 0
F-16 döyüş təyyarələrinin modernləşdirilməsi ilə bağlı Türkiyənin Amerika ilə problemlərini və Almaniyanın Eurofighter döyüş təyyarələrinin tədarükündəki problemlərini şərh edən rusiyalı hərbi ekspert İqor Korotçenko, "Rusiya və Türkiyə birgə döyüş təyyarələri istehsal edə bilər. Hətta Rusiya Türkiyəyə SU təyyarələrinin istehsalını təmin edir" dedi.

Hərbi ekspert və “Natsionalnaya Oborona” jurnalının baş redaktoru, ehtiyatda olan polkovnik İqor Korotçenko Sputnik-ə açıqlamasında Türkiyənin F-16 danışıqlarının nəticəsiz qalacağı təqdirdə Rusiya və Çin istehsalı olan döyüş təyyarələrini alternativ olaraq nəzərdən keçirə biləcəyi ilə bağlı iddiaları dəyərləndirib.

Rus Su-35 döyüş təyyarələrinin F-16 ilə müqayisədə daha yüksək sinif, daha yeni və inkişaf etmiş bir vasitə olduğunu qeyd edən Korotçenko, Akkuyu ilə yanaşı daha iki atom elektrik stansiyası inşa etməyi planlaşdıran Türkiyə üçün hava məkanına nəzarətin prioritet olduğunu ifadə edib.

Türkiyə Baş Qərargahı yaxşı bilir ki, Qərb istehsalı olan istənilən mürəkkəb avadanlıqda proqram təminatı və texniki təchizat var. Bu o deməkdir ki, Amerikanın F-16 və F-35 təyyarələri və ya Patriot hava hücumundan müdafiə sistemi xarici radar siqnalı ilə sıradan çıxa bilər. Xüsusilə Türkiyə ilə ABŞ arasında münasibətlər əhəmiyyətli dərəcədə pisləşərsə, bunu etmək olar. İki ölkə arasında münasibətlərin gərgin olduğunu əvvəllər də görmüşük. Bu baxımdan Rusiya silahlarının Amerika silahlarından daha çox üstünlüyü var”.