USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

11.12.2023 Siyasət
0 0
Britaniya hökuməti Ukrayna münaqişəsindən sonra Rusiya Federasiyasına qarşı sanksiyaları davam etdirəcək.

Böyük Britaniyanın biznes və ticarət nazirinin müavini Nüsrət Qani bildirib ki, Britaniya hökuməti Ukraynadakı münaqişə bitdikdən sonra Rusiyaya qarşı sanksiyaları davam etdirəcək:

“Sanksiyalar münaqişə bitəndə də tətbiq olunacaq. Münaqişənin bitdiyi gün onlar ləğv edilməyəcək” deyən nazir, belə bir siyasətin “Rusiyanın hərbi imkanlarını bərpa etməkdən” yayınacağını qeyd edib.

Bundan əvvəl Aİ-nin qarşıdan gələn 12-ci sanksiyalar paketinin təfərrüatları məlum olub. Noyabrın sonunda Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, o, dekabrın 11-də keçiriləcək Aİ xarici işlər nazirlərinin bu il sonuncu iclasında təsdiqini gözləyir.