USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan Ukraynaya 200 milyon dollar hərbi yardım

13.12.2023 Siyasət
0 0
ABŞ Ukraynanın “kritik” təhlükəsizlik və müdafiə ehtiyacları üçün Ukraynaya əsasən hava hücumundan müdafiə və artilleriya sursatlarından ibarət 200 milyon dollar dəyərində əlavə hərbi yardım paketi göndərəcəyini açıqlayıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən edilən yazılı açıqlamada Ukraynaya veriləcək yeni hərbi yardım paketi ilə bağlı təfərrüatlar yer alıb.

Bəyanatda qeyd olunub ki, “Ukraynaya öz ərazisini müdafiə etməyə” kömək edəcək əlavə hərbi yardım paketinə 200 milyon dollar dəyərində hava hücumundan müdafiə, artilleriya sursatları, tank əleyhinə silahlar və digər texnika daxildir.

ABŞ-ın müdafiə naziri Lloyd Austin də X sosial media hesabından açıqlama verərək, ABŞ-ın Ukraynanı dəstəkləməkdə qərarlı olduğunu vurğulayıb.