USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ-dən “qara pul” və “terrorizmin maliyyələşdirilməsi” ilə mübarizə üçün yeni qurum

13.12.2023 Siyasət
0 0
Avropa İttifaqı (Aİ) çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üçün yeni qurum yaradacaq.

Aİ Şurası çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəni gücləndirmək məqsədi ilə üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən tənzimləmə ilə bağlı razılıq əldə edildiyini açıqlayıb.

Müvafiq olaraq, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üçün yeni Avropa qurumu yaradılacaq. Bu qurum maliyyə sektorunda öhdəlik daşıyan qurumlar üzərində birbaşa və dolayı nəzarət səlahiyyətinə malik olacaq.

Yeni səlahiyyət öhdəliyi olan subyektlərin qanunvericiliyə əməl etməsini təmin etmək üçün milli nəzarətçilərlə inteqrasiya edilmiş mexanizm yaratmaqla çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyini artıracaq.

Maliyyədən başqa sektorlarda da köməkçi rola sahib olacaq və üzv ölkələrdə maliyyə kəşfiyyatı bölmələrini koordinasiya edəcək qurum ciddi, sistemli və ya təkrarlanan qayda pozuntuları halında cərimələr tətbiq edə biləcək.

Tənzimləmə üzv dövlətlərin və AP-nin rəsmi təsdiqindən sonra Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Qurumun harada yaradılacağı ilə bağlı qərar hələ verilməyib.