USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya F-16-ların NATO bazalarından çıxarılmasını Ukraynadakı münaqişədə iştirakla eyniləşdirib

13.12.2023 Siyasət
0 0
Rusiya Xarici İşlər Nazirliyi: F-16-nın NATO bazalarından qalxması münaqişədə iştiraka bərabərdir.

F-16 qırıcılarının Polşa, Rumıniya və Slovakiyadakı hava bazalarından havaya qalxması bu ölkələrin Ukraynadakı münaqişədə iştirakına bərabər tutulur. Bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib:

“Biz qəti şəkildə xəbərdarlıq edirik ki, NATO-ya üzv olan bu ölkələrin (Polşa, Rumıniya və Slovakiya) ərazisindən (F-16) qırıcılarının istifadəsi Moskva tərəfindən onların Ukraynadakı münaqişədə iştirakı kimi qiymətləndiriləcək və Rusiyanı cavab tədbirləri görməyə məcbur edəcək", - deyə Qavrilov bildirib.

Diplomatın fikrincə, Birləşmiş Ştatlar və onun peykləri artıq “hərbi doktrinaların müstəsna müdafiə yönümünə dair tərtibatların arxasında öz siyasətinin aqressiv xarakterini” gizlətmir və Rusiyanın qərb sərhədlərində təhlükəsizlik təhdidləri yaratmağa davam edir.

Qavrilov daha əvvəl bildirmişdi ki, ABŞ və müttəfiqləri bu sahədə fundamental sənədlərin əsas müddəalarının pozulması səbəbindən silahlara nəzarət arxitekturasını məhv edirlər. Onun sözlərinə görə, onlar hətta atıcı və yüngül silahlar və onların münaqişə zonalarına ötürülməməsinə dair razılaşmalara da məhəl qoymur.