USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağ Evdən F-16-ların Türkiyəyə satışına dəstək

15.12.2023 Siyasət
0 0
Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi ABŞ administrasiyasının Türkiyəyə F-16 döyüş təyyarələrinin satışını dəstəklədiyini bir daha bəyan edib.

Con Kirbi, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar direktoru Ağ Evdə keçirilən mətbuat konfransında o, prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Bayden arasında baş tutan telefon danışığını dəyərləndirib.

Kirbi iki lider arasındakı görüşdə Qəzzadakı son vəziyyət və İsrail-Fələstin məsələsinin müzakirə edildiyini, İsveçin NATO-ya üzvlük prosesinin də müzakirə edildiyini bildirib.

ABŞ-ın Türkiyəyə F-16 satışına münasibət bildirən Kirbi, "F-16 modernləşdirmə proqramını (Türkiyə üçün) dəstəkləməyə davam edirik" deyib.