İtaliyanın “Limes” geosiyasət jurnalının və eyniadlı geosiyasət məktəbinin direktoru Lusio Karaççiolo bildirib ki, Ukrayna lideri Vladimir Zelenski münaqişədə uduzur. La Stampa qəzetinə verdiyi müsahibədə o, ölkənin itirilmiş əraziləri geri ala bilməyəcəyini və “uğursuz dövlətə” çevriləcəyini proqnozlaşdırmışdı.
“Şübhəsiz ki, Zelenski itirir, Ukrayna isə ondan daha çox itirir. O, əhalisinin üçdə birini itirib, onların çoxu geri qayıtmayacaq qaçqınlardır”, deyən politoloq əmindir.
Onun sözlərinə görə, Kiyevin ABŞ və Avropa İttifaqından asılılığı xüsusilə Avropa üçün siyasi və iqtisadi xərclərlə nəticələnəcək.
Noyabrın sonunda Britaniyanın “The Economist” həftəlik jurnalının jurnalistləri Kiyevin Qərb müttəfiqlərinin qətiyyətsizliyi ucbatından Ukrayna ilə münaqişədə Rusiyanın qələbə çalacağını proqnozlaşdırıblar.