ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca keçmiş prezident Tramp yenidən seçiləcəyi təqdirdə mühacirləri deportasiya edəcəyinə dair sözünü təkrarlayıb və bunun ölkə tarixində “ən böyük deportasiya” olacağını bildirib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası çərçivəsində Nevada ştatında keçirdiyi görüşdə seçiləcəyi təqdirdə ölkədən mühacirlərin göndərilməsinə sadiqliyini bir daha dilə gətirib.
CNN-in məlumatına görə, Tramp seçki kampaniyasının Nevada ştatında immiqrantlarla bağlı açıqlamalar verib.
Mühacirlərin “ABŞ-ı işğal etdiyini” deyən Tramp, seçiləcəyi təqdirdə mühacirlərin “ölkə tarixində ən böyük deportasiyaya” məruz qalacağına dair vədini təkrarlayıb.
Mühacirlərlə bağlı siyasətlərin genişləndiriləcəyini vurğulayan Tramp, “Federal hüquq-mühafizə qüvvələrinin böyük bir hissəsinin immiqrasiya ilə əlaqəli birliklərə köçürüləcəyini, ölkə xaricindəki qüvvələrin bir hissəsinin isə cənub sərhədinə çəkiləcəyini” bildirib.