USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Rusiya və Belarusun 28 milyard avroluq aktivlərini dondurdu

20.12.2023 Siyasət
0 0
Aİ Rusiya və Belarus bizneslərinin 28 milyard avroluq aktivlərini dondurub.

Avropa Komissiyasındakı mənbənin RİA Novosti-yə verdiyi məlumata görə, Aİ-yə üzv ölkələr hazırda Rusiya və Belarus iş adamlarının və şirkətlərinin 28 milyard avroya yaxın şəxsi aktivlərini dondurub.

Brüssel gizlətmir ki, onlardan Ukrayna istiqamətində istifadə etmək istəyirlər.

“Bu kontekstdə biz bildirə bilərik ki, hazırda Aİ-yə üzv dövlətlər Rusiya və Belarus oliqarxlarına və şirkətlərinə məxsus 28 milyard avroya yaxın aktivləri dondurublar”, - deyə agentliyin həmsöhbəti bildirib.

Avropa Komissiyası həmçinin vurğuladı ki, Aİ Kiyevi dəstəkləməkdə vahid olaraq qalır.

Hazırda Aİ-də Rusiya və Belarus vətəndaşlarının və şirkətlərinin şəxsi mülkiyyətinin müsadirəsi üçün qanunvericilik bazası yoxdur. Aİ-nin Əsas Hüquqlar Xartiyası “ictimai maraqlara” cavab vermədiyi halda, xüsusi mülkiyyətin müsadirəsinə icazə vermir. Amma bu halda da sahibi ədalətli və vaxtında kompensasiya almalıdır.