USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan Google-a 4 milyard 611 milyon rubl cərimə

20.12.2023 Siyasət
0 0
Rusiyada məhkəmə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı yalan məlumatların olduğu deyilən şəkilləri silmədiyinə görə Google-u 4 milyard 611 milyon rubl (təxminən 51 milyon dollar) cərimələyib.

Google-a qarşı açılan işə paytaxt Moskvanın Taqanski Regional Məhkəməsində baxılıb.

Məhkəmə, Google-un Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı yanlış məlumatların yer aldığı şəkilləri silmədiyi səbəbi ilə qanuna əməl etmədiyi və Google-u 4 milyard 611 milyon rubl məbləğində cərimələyib.

Google əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.

Şirkətin Rusiyadakı törəmə şirkəti də maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ötən il iflas proseduruna başlayıb.