USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransada terror aktları hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

23.12.2023 Siyasət
0 0
Fransada beş nəfər terror qruplaşması yaratmaqda şübhəli bilinir.

Fransanın şərqində hüquq-mühafizə orqanlarının əməkdaşları terror aktı hazırlamaqda şübhəli bilinən 5 nəfəri saxlayıb. Bu barədə “L'Est Republicain” qəzeti yazır.

Şübhəlilər dekabrın 22-də günortadan sonra Mert və Mozel departamentinin üç kommunasında saxlanılıblar. Məlumata görə, saxlanılan şəxslər üçüncü şəxslərin sağlamlığına və həyatına qəsd etmək məqsədi ilə “bir və ya bir neçə cinayət hazırlamaq məqsədi ilə cinayətkar terror qruplaşması yaratmaqda” şübhəli bilinirlər.

İstintaq Milli Antiterror Prokurorluğu tərəfindən aparılır. Mənbənin dediyinə görə, hazırda şübhəlilərin planları barədə məlumatı açıqlamaq mümkün deyil. Saxlanılanların hamısı artıq nəzarətə götürülüb.

Bundan əvvəl Avropa Komissiyasının daxili işlər üzrə komissarı Ylva Yohansson bildirmişdi ki, Yaxın Şərqdəki böhran və Avropa cəmiyyətinin qütbləşməsi səbəbindən Avropa İttifaqında Yeni il bayramları zamanı terror aktları riski artacaq. O, Yaxın Şərq probleminin və onun ətrafında yaranan terror təhlükəsinin Aİ Daxili İşlər Nazirləri Şurasının müzakirə mövzularından birinə çevriləcəyinə aydınlıq gətirib.