USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zelenski: Biz Rusiyanın 3 döyüş təyyarəsini vurduq

23.12.2023 Siyasət
0 0
Ukrayna prezidenti Zelenski Rusiyanın 3 Su-34 döyüş təyyarəsini vurduqlarını açıqlayıb.

Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabından verdiyi açıqlamada Rusiyanın Xerson vilayətində 3 Su-34 döyüş təyyarəsinin Ukrayna müdafiə qüvvələri tərəfindən vurulduğunu bildirib.

Sözügedən təyyarələri vurduğu üçün Ukrayna Hərbi Hava Qüvvələrinə minnətdar olduğunu vurğulayan Zelenski, “Cənub istiqamətində, bizim Xerson bölgəsində eyni anda 3 Rus “Suşka”sını (Su-34) məhv edən əsgərlərimizə təşəkkür edirəm" dedi.

Zeleneskiy qeyd edib ki, ölkəsinə qarşı heç bir hücum “cavabsız” qalmayacaq.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat Rusiya döyüş təyyarələrinin vurulması ilə bağlı yerli mətbuata açıqlama verib.

İqnat, idarə olunan bombalarla yüklənmiş Rusiya döyüş təyyarələrinin cənub istiqamətində Ukrayna əsgərlərinə hücum etmək üçün çox yaxın məsafədən uçduğunu ifadə edərək, "İşğalçıların daha çox belə uğursuz risklərə əl atacağına ümid edirik" dedi.

İqnat Rusiya ordusuna aid 3 döyüş təyyarəsinin vurulmasını “vacib hadisə” kimi qiymətləndirib.