USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Xarici İşlər Nazirliyi yeni səfirlik və baş konsulluqların açılması planlarından danışıb

25.12.2023 Siyasət
0 0
Xarici işlər nazirinin müavini İvanov: Rusiya xaricdə 2 səfirlik və 5 baş konsulluq açacaq.

Rusiya yaxın vaxtlarda xaricdə iki səfirlik və beş baş konsulluq açacaq. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Yevgeni İvanov “Komsomolskaya Pravda”ya müsahibəsində planlardan danışıb.

Burkina Faso və Ekvatorial Qvineyada səfirliklərin, Kapanda (Ermənistan), Aktauda (Qazaxıstan), Səmərqənddə (Özbəkistan), Denpasarda (İndoneziya) və Maledə (Maldiv) baş konsulluqların açılması ilə bağlı qərarlar artıq qəbul edilib və müvafiq dövlət orqanları ilə razılaşdırılıb” , - deyə diplomat bildirib.

Rusiya XİN rəhbərinin müavini qeyd edib ki, Rusiya hakimiyyəti “dost” ölkələrdə və Rusiya üçün açar halına gələn coğrafi regionlarda yerləşən dövlətlərdə diplomatik mövcudluğunu genişləndirəcək.

Bundan əvvəl Almaniyada, Leypsiqdə 240 il işləmiş ən qədim rus konsulluğu bağlanmışdı. Yalnız Berlindəki səfirliyin və Bonndakı baş konsulluğun fəaliyyət göstərəcəyi planlaşdırılır.