USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya səfiri Qərbə xəbərdarlıq edib

25.12.2023 Siyasət
0 0
Rusiyanın Serbiyadakı səfiri: Qərb müxalifətə hakimiyyəti vermək üçün iğtişaşları davam etdirəcək.

Qərb müxalifəti hakim kreslolara oturtmaq üçün Belqradda iğtişaşları davam etdirəcək. TASS xəbər verir ki, Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko Qərbin Serbiyanın paytaxtında yeni iğtişaşlar yaratmaq istəyi ilə bağlı xəbərdarlıq edib.

Rusiyalı diplomat Serbiyadakı etirazların kənardan dəstək aldığını da qeyd edib. Onun sözlərinə görə, bu barədə təhrik və dəstəyin Qərbdən gəldiyinə dair təkzibolunmaz sübutlara malik ölkə prezidenti Aleksandr Vuçiç danışıb.