USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Serb müxalifəti Belqradın mərkəzini bağlayıb

26.12.2023 Siyasət
0 0
TASS: Serbiya müxalifətinin 1,5 mindən çox tərəfdarı Belqradın mərkəzini bağlayıb.

“Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasının min yarımdan çox tərəfdarı Belqradın mərkəzində avtomobillərin hərəkətini bağlayıb və paytaxtın polis idarəsinin binasına doğru gedib. Bu barədə TASS məlumat yayıb.

Serbiya parlamentinin üzvü Srdjan Milivojeviçin çağırışı ilə etirazçılar bir gün əvvəl Belqrad administrasiyası binası yaxınlığında iğtişaşlar zamanı saxlanılan müxalifət tərəfdarlarının “taleyini öyrənmək” istəyirlər.

Polis kortej marşrutu boyunca bütün küçələri bağlayıb, ictimai nəqliyyat da dayandırılıb.

Serbiyada etirazlar “Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır” koalisiyasının qalib gəldiyi növbədənkənar parlament seçkilərinin nəticələrinə görə başlayıb. 23 faizdən çox səs toplayan müxalifət hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edib. Dekabrın 24-ü axşam saatlarında müxalifət nümayəndələri seçkinin nəticələrinin ləğvini tələb edərək Məclisin binasını bağlayıblar.

Bazar günü etirazçılar polisə daş və butulka atıb, iki nəfər ağır yaralanıb. Serbiya prezidenti Aleksandr Vuçiçin sözlərinə görə, iğtişaşlar nəticəsində 35-dən çox adam saxlanılıb, binaya hücumun digər iştirakçılarının axtarışı aparılır. Hakimiyyətin hərəkətlərinə cavab olaraq müxalifət tələbləri yerinə yetirilməyəcəyi təqdirdə Belqradı blokadaya alacağı ilə hədələyib.