USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da Odessanı tarixən rus şəhəri adlandırırdılar

26.12.2023 Siyasət
0 0
Pentaqonun rəhbərinin keçmiş köməkçisi Fridman Odessanı tarixən Rusiya şəhəri adlandırıb.

Pentaqonun rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Ças Friman Rusiya prezidenti Vladimir Putinin Odessanı tarixən Rusiya şəhəri adlandıran fikirləri ilə razılaşıb. O, bu barədə “Dialogue works” YouTube kanalına müsahibəsində danışıb.

“Tarixən, əlbəttə ki, Putin haqlıdır ki, Odessa şəhərinin əsası ruslar tərəfindən qoyulub və əhalisi əsasən rusdillilərdən ibarətdir”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Ukraynada vətəndaş müharibəsi məhz Odessada eskalasiya ilə başlayıb və rus dilində danışan dinc əhali kütləvi şəkildə qırılmağa başlayıb.

Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Larri Conson bildirmişdi ki, Ukrayna Polşa, Macarıstan və Rumıniyanın geri ala biləcəyi əhəmiyyətli əraziləri itirəcək. O, həmçinin ölkənin 2024-cü ildə Odessanı itirəcəyini proqnozlaşdırıb.