USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrailin Hindistandakı səfirliyi yaxınlığında partlayış baş verib

26.12.2023 Siyasət
0 0
Reuters: İsrailin Hindistandakı səfirliyi yaxınlığında partlayış baş verib.

Hindistanın Yeni Dehli şəhərində İsrail səfirliyi yaxınlığında partlayış baş verib. Bu barədə Reuters xəbər verir.

Agentliyin qeyd etdiyi kimi, insident nəticəsində tələfat barədə məlumat yoxdur. Hazırda İsrail və Hindistan hüquq-mühafizə orqanları araşdırma aparır.

Oktyabrın 21-də Kipr Respublikasının paytaxtı Lefkoşada İsrail səfirliyi yaxınlığında əldəqayırma bomba partladılıb. Hadisə yerinə gələn polis və istehkamçılar səfirliyin binasından 30 metr aralıda içərisində az miqdarda pirotexniki material olan metal əşya aşkar ediblər.