Türkiyə Böyük Millət Məclisinin Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu təsdiqləyib.
Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu təsdiq edərək Baş Assambleyanın baxılması üçün təqdim edib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Təsdiqləndi, baxılmaq üçün Baş Assambleyaya təqdim olundu”, - deyə agentliyin mənbəsi qeyd edib.
Daha əvvəl İsveç Müdafiə Nazirliyinin rəhbəri Pol Conson Rusiyadan gələn “təhlükəni dəf etmək” üçün ölkənin NATO-ya üzvlüyünü sürətləndirməyə çağırıb.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq ümid edirdi ki, Türkiyə və Macarıstan İsveçin alyansa daxil olmasını tezliklə ratifikasiya edəcəklər. Onun sözlərinə görə, Stokholmun daxil olması bütün alyansı daha da gücləndirəcək.