Cənubi Koreya ABŞ-la 20 ədəd F-35A gizli döyüş təyyarəsi almaq üçün müqavilə imzalandığını açıqlayıb.
Cənubi Koreyanın silah tədarükündən məsul dövlət qurumu olan Müdafiə Alma Proqramı İdarəsi (DAPA) ABŞ hökuməti ilə 20 ədəd F-35A gizli döyüş təyyarəsi almaq üçün rəsmi razılığın əldə edildiyini açıqlayıb.
Qurumdan verilən açıqlamada ABŞ-ın aviasiya şirkəti Lockheed Martin tərəfindən istehsal edilən döyüş təyyarələrinin alınması ilə bağlı müqavilənin dekabrın 8-də imzalandığı bildirilib. Qeyd edilib ki, 2027-ci ildən etibarən Cənubi Koreyaya təhvil veriləcək 20 yeni F-35A gizli döyüş təyyarəsi mövcud F-35A-larla müqayisədə qabaqcıl silah texnologiyalarına və əməliyyat imkanlarına malik olacaq. Bildirilib ki, son satınalma Cənubi Koreya ordusunun müdafiə qabiliyyətini artıracaq.
Təkmil radar xüsusiyyətləri ilə seçilir
2019-2022-ci illər arasında 40 ədəd F-35A alan və bu ayın əvvəlində quşların vurması nəticəsində ciddi zədələnən bir təyyarəni təqaüdə çıxaran Cənubi Koreyanın hazırda 39 ədəd F-35A döyüş təyyarəsi var. Məlumdur ki, uzun mənzilli strateji hücumların düşmən tərəfindən fərqinə varmadan həyata keçirilməsinə imkan verən F-35A reaktivləri yüksək performanslı radar və gizlilik qabiliyyətinə görə Cənubi Koreya ordusu tərəfindən seçilir.