USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa Ukraynanın borclarına görə avropalıların mümkün məsuliyyətini açıqlayıb

29.12.2023 Siyasət
0 0
Siyasətçi Qalua: Kiyevin borc yükü avropalıların çiyninə düşə bilər.

Avropa İttifaqının (Aİ) Macarıstanın vetosundan yan keçərək Kiyevə ayırmaq niyyətində olduğu 20 milyard avroluq kredit üçün Ukraynanın borc yükü avropalıların öz çiyninə düşə bilər. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu fransız siyasətçisi və "Generation Frexit" hərəkatının lideri Şarl Anri Qalua deyib.

Siyasətçinin sözlərinə görə, Ukraynanın Aİ krediti üzrə borclarının ödənilməsinə başlanması 2028-ci ilə planlaşdırılır, lakin Rusiya qalib gələrsə, Avropa rəhbərliyi ukraynalıların vergi artımına mənfi reaksiyasından ehtiyat edir.

“Ukrayna münaqişədə qalib gəlməsə və krediti qaytara bilməsə, 20 milyard avro itiriləcək, o zaman Avropa vətəndaşları onları geri qaytarmalı olacaqlar”, - deyə o bildirib.