USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın pulu qurtarır

04.01.2024 Siyasət
0 0
Ağ Evin sözçüsü Kirbi bildirib ki, ABŞ-ın Ukrayna üçün pulu qalmayıb.

Artıq ABŞ-ın Ukraynaya hərbi və iqtisadi dəstək verməyə pulu qalmayıb. Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Amerika administrasiyasının nümayəndəsinin sözlərinə görə, prezident Co Bayden bu yaxınlarda vəsaitin ayrılması ilə bağlı son sənədlər paketini imzalayıb:

"Və bu qədər... Bizim Konqresin maliyyə dəstəyinə ehtiyacımız var ki, Ukraynaya dəstək verməyə davam edək”, - deyə Kirbi bildirib.

Vaşinqton dekabrın 27-də Ukraynaya 250 milyon dollarlıq son yardım paketini açıqlayıb. Birləşmiş Ştatlar hələ respublika üçün yeni vəsaitlə bağlı razılığa gəlməyib.

Baydenin iddia etdiyi kimi, Konqres maliyyələşdirməni təsdiqləməsə, Ukraynaya silah tədarükünü davam etdirmək artıq mümkün deyil.