USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İŞİD İrandakı hücuma görə məsuliyyəti üzərinə götürüb

04.01.2024 Siyasət
0 0
Reuters: İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

İranda törədilən terror aktına görə məsuliyyəti İslam Dövləti (İŞİD, Rusiyada qadağan olunmuş terror təşkilatı) öz üzərinə götürüb. Bu barədə Reuters xəbər verir.

“İslam Dövləti cümə axşamı İranda bir mərasimdə baş verən iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb”, – deyə nəşr qeyd edir.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurası (TŞ) İranda törədilən terror aktını pisləyib və günahkarların məsuliyyətə cəlb olunmasını istəyib. BMT-nin baş katibi Antonio Quterreş də terror aktını pisləyib.