USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağ Ev müttəfiqlərini köməyə çağırıb

04.01.2024 Siyasət
0 0
Ağ Ev etiraf edib ki, ABŞ-ın Ukraynaya yardım göstərmək üçün artıq pulu yoxdur.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi etiraf edib ki, ABŞ-ın hazırda Ukraynaya yardım üçün istifadə oluna biləcək vəsaiti yoxdur. TASS xəbər verir ki, bununla bağlı o, Vaşinqtonun müttəfiqlərini Kiyevə dəstəyi davam etdirməyə çağırıb.

“Bizim bunun üçün artıq pulumuz yoxdur” deyən ABŞ administrasiyasının rəsmisi Konqresin Ukraynaya əlavə yardım göstərməkdən imtina edə biləcəyini qeyd edib.

Kirbi əlavə edib ki, ABŞ ümid edir ki, müttəfiqləri və tərəfdaşları Kiyevə yardımı davam etdirə biləcəklər.

Bundan əvvəl Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirsə də, bunu son iki ildə olduğu səviyyədə edə biləcəyinə şübhə ilə yanaşır.