USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ dövlət katibi Blinken İstanbula gəldi

05.01.2024 Siyasət
0 0
ABŞ dövlət katibi Antoni Blinken xarici işlər naziri Hakan Fidan ilə görüşmək üçün İstanbula gəlib.

Blinkeni və onu müşayiət edən heyəti İstanbula gətirən təyyarə saat 19.10-da İstanbul hava limanına enib.

Blinkeni hava limanında səfir Yaprak Balkan, Xarici İşlər Nazirliyinin ikitərəfli siyasi məsələlər üzrə baş direktoru, ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk, ABŞ-ın İstanbuldakı baş konsulu Julie Eadeh, İstanbul Hava Limanı Mülki Administrasiyasının rəisi İlker Haktankaçmaz və digər rəsmi şəxslər qarşılayıb.

Xarici işlər naziri Fidan ilə amerikalı həmkarı arasında sabah İstanbulda keçiriləcək görüşlərdə İsrailin Qəzzaya hücumları, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.