ABŞ-da kənd təsərrüfatı xaricində məşğulluq bazar gözləntilərindən bir qədər yüksək olsa da, işsizlik nisbəti dəyişməz qalıb.
ABŞ Əmək Statistikaları Bürosunun açıqladığı məlumatlara görə, 2023-cü ilin dekabr ayında kənd təsərrüfatı xaricində məşğulluq 216 min nəfər artıb. Analitiklərin gözləntisi məşğulluqda 170 min artım olacağı idi.
Qeyri-kənd təsərrüfatı sahəsində məşğulluq artımı noyabr ayı üçün 199 mindən 173 minə, oktyabr ayı üçün isə 150 mindən 105 minə qədər yenidən nəzərdən keçirilib.
Ölkədə işsizlik səviyyəsi 3,7 faiz səviyyəsində qalıb. Bazar gözləntisi işsizlik səviyyəsinin 3,7 faizdən 3,8 faizə yüksələcəyi idi.
FED-in dekabr ayında açıqladığı makroiqtisadi proqnozlarda bu il və sonrakı iki il üçün 4,1 faiz olaraq təyin edilib.