USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Bayden dövründə III Dünya Müharibəsi təhlükəsini açıqlayıb

07.01.2024 Siyasət
0 0
Tramp etiraf edib ki, Bayden payızda keçiriləcək prezident seçkilərindən əvvəl ABŞ-ı məhv edəcək.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, Amerikanın hazırkı lideri Co Bayden prezident seçkilərindən əvvəl III Dünya Müharibəsini başlada və ABŞ-ı məhv edə bilər. Bu barədə RİA Novosti məlumat yayıb.

“Seçkilərə yaxın olsaq da, kifayət qədər yaxın deyilik... On ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər”, - deyə siyasətçi bildirib.

Trampın sözlərinə görə, o, Ukrayna və Yaxın Şərqdə münaqişələrə imkan verməzdi, çünki Baydendən fərqli olaraq, dünya liderləri ilə necə anlaşacağını bilir. Keçmiş Amerika lideri özünü ABŞ-ı xilas etməyə qadir olan yeganə namizəd adlandırıb.

Bayden bir müddət əvvəl Donald Trampın prezident seçkilərində qalib gəlməsinin ABŞ üçün bir çox təhlükələr yaratdığını bildirmişdi. Ağ Evin hazırkı rəhbəri hesab edir ki, Tramp ilk növbədə Amerika demokratiyasını təhdid edir.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.