USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsveçin Mülki Müdafiə Naziri Bohlin: İsveçdə müharibə ola bilər

08.01.2024 Siyasət
0 0
İsveçin Mülki Müdafiə naziri Karl Oskar Bohlin İsveçdə müharibə ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Dalarna bölgəsindəki Salen hərbi bazasında təşkil edilən Milli Xalq və Müdafiə Konfransındakı çıxışında Rusiyanın ciddiyə alınması lazım olduğunu bildirən Bohlin, “İsveçdə də müharibə ola bilər, xalqımız müharibəyə hazır olmalıdır" deyib.

İsveçin 210 ildir müharibəyə getmədiyinə diqqət çəkən Bohlin:

"Avropada onsuz da pis olan təhlükəsizlik vəziyyəti Rusiyanın Ukraynaya hücumu nəticəsində son bir il ərzində daha da pisləşib. Rusiyanın sürətlə yenidən silahlanmasına çox ciddi yanaşmaq lazımdır. Təxminən 210 ilə yaxındır ki, sülh İsveç xalqı üçün xoş yoldaş olub. Bununla belə, bu gün belə deyil. Mən məsul bir nazir kimi bu faktı İsveç xalqına izah etməliyəm".

İsveç hökumətinin ölkənin müharibəyə gedə biləcəyi ilə bağlı zehni şüur ​​yaratmaqla müdafiə qabiliyyətini artırmağa çalışdığını bildirən Bohlin, Ukraynanın Rusiyaya qarşı müqavimətini də nümunə götürdüklərini bildirib.