USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə ilə ABŞ arasında münasibətlər pisləşib

08.01.2024 Siyasət
0 0
İsveçin NATO-ya üzvlüyünü gecikdirməsi Türkiyə ilə ABŞ arasında münasibətləri pisləşdirib.

Ankaranın İsveçin NATO-ya daxil olması prosesini ləngitməsi Türkiyə ilə ABŞ arasında münasibətləri pisləşdirib. Bu barədə T24 məlumat yayıb.

“Türkiyənin İsveçin NATO-ya üzvlük məsələsində gecikməsi münasibətləri praktiki olaraq dalana dirədi. Keçən iyulda NATO sammitindən sonra Amerika tərəfi Türkiyənin verdiyi vədlərə əməl etməməsindən şikayətləndi”, - deyə bildirilir.

Nəşrin qeyd etdiyi kimi, Türkiyə parlamentinin açılışı zamanı baş verən terror aktı, eləcə də oktyabrın 7-də Qəzzada başlayan müharibə Ankaraya bu məsələnin həllində əl-qolunu bağlamaq imkanı verib.

“Əslində hökumət İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandırmaq niyyətindədir. Bununla belə, neqativ hadisələri də öz xeyrinə çevirməyə çalışır”.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken İsveçin xarici işlər naziri Tobias Billström ilə telefon danışığı zamanı İsveçin NATO-ya vaxtından əvvəl qəbul olunmasını dəstəkləyib. O əlavə edib ki, ölkənin alyansa qoşulması bütün müttəfiqlərə müsbət təsir edəcək.