USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransanın yeni baş naziri bəlli olub

09.01.2024 Siyasət
0 0
Fransa mətbuatı ölkənin yeni baş nazirinin Qabriel Attal olduğunu açıqlayıb.

2022-ci ilin may ayından Fransada işləyən 62 yaşlı Fransanın baş naziri Elizabet Borne istefa verdikdən sonra yeni baş nazir dünən açıqlanıb. Fransa mətbuatı prezident Emmanuel Makronun 34 yaşlı təhsil naziri Qabriel Attalı yeni baş nazir təyin etdiyini açıqlayıb.

Hələlik Fransa hökumətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.Makronun yaxın müttəfiqi kimi tanınan Qabriel Attal Covid-19 epidemiyası zamanı hökumət sözçüsü vəzifəsini icra edib.

Makron və Bornenin rəhbərlik etdiyi hökumət Makronun 2022-ci ildə yenidən seçilməsindən qısa müddət sonra parlamentdəki mütləq çoxluğunu itirib və qanunları qəbul etməkdə çətinlik çəkib.

Keçən ilin dekabrında Makron yeni siyasi təşəbbüs vəd etdikdən sonra hökumət dəyişikliyi ilə bağlı şayiələr artıb.