Orban: AK fevralın 1-də keçiriləcək Aİ sammiti üçün Ukraynanı maliyyələşdirmək üçün B planını hazırlayır.
Avropa Komissiyası Ukraynaya Aİ-nin müəyyən edilmiş büdcəsindən kənar yardımın ayrılması üçün ehtiyat “B planı” hazırlayır və bu, fevralın 1-də Aİ-nin fövqəladə sammitində təqdim olunacaq. Bunu Macarıstanın baş naziri Viktor Orban X sosial şəbəkəsində bildirib.
“Fevralın 1-dək AK-nin “B planı” hazırladığını görmək yaxşıdır, ona görə Ukraynaya maliyyə dəstəyi Aİ büdcəsindən kənarda da verilə bilər. Bu yaxşı qərardır! Avropa Komissiyasının “B planı” Macarıstanın “A planıdır!” - deyə macar siyasətçi bildirib.
Daha əvvəl Orban bildirib ki, Macarıstan Avropa İttifaqının Ukraynaya pul ayırmasına yalnız maliyyələşdirmə metoduna yenidən baxılacağı təqdirdə razılaşacaq. Budapeştin planına görə, Aİ Ukraynaya əvvəllər təklif edilən 50 milyard avroluq paket əvəzinə, dörd il ərzində hər il 12,5 milyard avro dəyərində qrant və kreditlər verə bilər.
Ötən il dekabrın 27-də “Financial Times” yazıb ki, Avropa İttifaqı Macarıstanın vetosundan yan keçərək, borcunu artırmaqla Ukraynaya 20 milyard avroya qədər yardım etmək üçün ehtiyat plan hazırlayır. Güman edilir ki, bu alternativ plana Aİ büdcəsinə zəmanət verən üzv dövlətlər daxil olacaq.