Analitik Merkuris: Rusiyanın raket zərbələri Ukraynanın hava hücumundan müdafiəsinə böyük ziyan vurub.
Rusiyanın üç kütləvi raket zərbəsi Ukraynanın hava hücumundan müdafiəsinə böyük ziyan vurub. Bunu britaniyalı analitik Aleksandr Merkuris özünün YouTube kanalında qeyd edib:
“Rusiya Ukraynanın hava hücumundan müdafiə sisteminə böyük ziyan vurub, Qərb üçün bunu düzəltmək çox çətin olacaq. Bundan əlavə, Qərbin resursları tükənmək üzrədir”.
Onun sözlərinə görə, bütün Ukrayna ərazisində raket hücumları Ukrayna Silahlı Qüvvələrini tükəndirmək, Ukraynanın silah sistemlərini, iqtisadiyyatını və sənayesini tükəndirmək məqsədi daşıyır.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skot Ritter bildirib ki, Ukrayna sülh danışıqlarına başlamasa, Xarkov və Odessanı itirəcək. O, Ukrayna Silahlı Qüvvələrinin böyük itkilər verdiyini və artıq itkilərin əvəzini çıxa bilmədiyini vurğulayıb.