USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Prezidenti Putin: Biz Avropada birinciyik

11.01.2024 Siyasət
0 0
Rusiya prezidenti Putin ölkəsinə "hər tərəfdən" təzyiqlər olduğunu ifadə edərək, "Yenə də Avropanın ən böyük iqtisadiyyatıyıq. Almaniyanı geridə qoyub, dünyada beşinci sıraya yüksəldik: Çin, ABŞ, Hindistan , Yaponiya və Rusiya. Biz Avropada birinciyik" dedi.

Rusiya prezidenti Vladimir Putin Rusiyanın uzaq şərqində yerləşən Xabarovsk şəhərində qatıldığı toplantıda iqtisadiyyatla bağlı qiymətləndirmələr edib.

Rusiya Mərkəzi Bankının zamanla faiz dərəcəsini aşağı salacağına inandığını ifadə edən Putin, "Məncə Mərkəzi Bankın hazırkı faiz dərəcəsi müvəqqətidir və inflyasiya ilə bağlı məsələlər həll edildikdə bu dəyişəcək. Bankın addımı ümumiyyətlə inflyasiya ilə mübarizəyə yönəlib və düşünürəm ki, məqsədə nail olacağıq” dedi.

Xarici ölkələrin Rusiyaya təzyiq etdiyinə diqqət çəkən Putin, "Görünür bizi hər tərəfdən boğmağa çalışırlar və təzyiq altındayıq. Yenə də Avropanın ən böyük iqtisadiyyatı bizik. Almaniyanı geridə qoyub bu səviyyəyə yüksəldik" deyib.

Rusiyanın alıcılıq gücü pariteti baxımından bütün Avropanı geridə qoyduğunu bildirən Putin, adambaşına düşən milli gəlir hissəsində daha çox çalışmalı olduqlarını və görəcəkləri işlərin olduğunu bildirib.

Putin son vaxtlar ölkədə gündəm olan yumurta qiymətlərindəki artıma da toxunaraq, səlahiyyətlilərin artıma qarşı gec müdaxilə etdiyini bildirib.