USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Ukraynanın Qərbin köməyindən asılı olduğuna diqqət çəkib

11.01.2024 Siyasət
0 0
ABŞ-ın maliyyə naziri Yellen: Ukrayna tamamilə Qərb ölkələrinin köməyindən asılıdır.

Ukrayna tamamilə Qərb ölkələrinin köməyindən asılıdır, ona görə də ABŞ Kiyevə dəstək verən digər tərəfdaşlara qoşulacaq. Bunu CNBC telekanalına müsahibəsində ABŞ Maliyyə Nazirliyinin rəhbəri Jannet Yellen deyib.

O, Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondunun (BVF) Kiyevə göstərdiyi yardımı qeyd edərək, ABŞ-ın öz üzərinə düşəni etməsinə, həmçinin Ukraynaya maliyyə vəsaiti göndərməsinə ehtiyac olduğunu vurğulayıb.

Bundan əvvəl məlum olub ki, ABŞ Konqresi ABŞ prezidenti Co Bayden administrasiyasının Ukrayna və İsrailə yardım, eləcə də 2024-cü ilin sonuna qədər cənub sərhədinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müraciətini təsdiqləyəcəyini gözləyir.

Noyabrın 17-də Bayden Ukrayna və İsrailə yardımın istisna edildiyi ABŞ federal hökumətinin işinin müvəqqəti maliyyələşdirilməsi haqqında qanun layihəsini imzalayıb.Ukrayna tamamilə Qərb ölkələrinin yardımından asılıdır, ona görə də ABŞ dəstək verən digər tərəfdaşlara qoşulacaq. Bunu CNBC telekanalına müsahibəsində ABŞ Maliyyə Nazirliyinin rəhbəri Jannet Yellen deyib.

O, Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondunun (BVF) Kiyevə göstərdiyi yardımı qeyd edərək, ABŞ-ın öz üzərinə düşəni etməsinə, həmçinin Ukraynaya maliyyə vəsaiti göndərməsinə ehtiyac olduğunu vurğulayıb.

Bundan əvvəl məlum olub ki, ABŞ Konqresi ABŞ prezidenti Co Bayden administrasiyasının Ukrayna və İsrailə yardım, eləcə də 2024-cü ilin sonuna qədər cənub sərhədinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müraciətini təsdiqləyəcəyini gözləyir.

Noyabrın 17-də Bayden Ukrayna və İsrailə yardımın istisna edildiyi ABŞ federal hökumətinin işini müvəqqəti maliyyələşdirmək üçün qanun layihəsini imzalayıb.