USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın Suriyadakı bazasına pilotsuz təyyarə hücum edib

12.01.2024 Siyasət
0 0
Suriyanın şimal-şərqindəki Həsəkədə ABŞ bazasına pilotsuz təyyarə hücum edib.

Pilotsuz uçuş aparatı (PUA) Suriyanın şimal-şərqindəki Həsəkədə ABŞ hərbi bazasına hücum edib. Bu barədə RİA Novosti məlumat yayıb.

Agentlik yerli mənbəyə istinadən bildirir ki, "Suriyanın şimal-şərqindəki Həsəkə əyalətindəki Xarab Əl-Cirdəki Amerika bazası PUA ilə hücuma məruz qalıb".

Qeyd olunur ki, pilotsuz təyyarənin endirilməsi nəticəsində obyektin ərazisində üç partlayış baş verib.

Bundan əvvəl Amerika ordusunun Yaxın Şərqdə itkilər verdiyi bildirilirdi. ABŞ-ın İraq və Suriyadakı bazaları, o cümlədən pilotsuz təyyarələrdən istifadə etməklə hücuma məruz qalır.