Mask Respublikaçılar Partiyasının namizədi Vivek Ramasvamiyə dəstəyini ifadə edib.
Amerikalı milyarder İlon Mask X sosial şəbəkəsində Respublikaçılar Partiyasından ABŞ prezident seçkilərində namizədliyini irəli sürən Vivek Ramasvamiyə dəstək ifadə edib.
Ramasvamiyə etibar edib-etmədiyini soruşduqda iş adamı müsbət cavab verib.
Ramasvami daha əvvəl demişdi ki, seçkilərdə qalib gəlsə, ABŞ-ı NATO-dan çıxarmaq niyyətindədir. Onun fikrincə, soyuq müharibə başa çatdıqdan sonra alyansın genişlənməsi Rusiya ilə birbaşa toqquşma ehtimalını xeyli artırıb.